f3e46e52-dcc8-4da2-9503-0a5d55d49df7..jpg

Böyük Dəbilqə: Azərbaycanın üç cüdoçusu mübarizəyə başlayır

Baxış sayı: 920 dəfə baxılıb.

Böyük Dəbilqə: Azərbaycanın üç cüdoçusu mübarizəyə başlayır

Azərbaycanın üç cüdoçusu bu gün Fransanın paytaxtı Parisdə start götürəcək
Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev
1/16 final mərhələsində Matteus Takaki (Braziliya) – Petros Çristodoulides
(Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.

66 kq-da mübarizə aparan Yaşar Nəcəfov eyni raundda An Cehonq (Cənubi Koreya)
– Cerard Kadet (Haiti) duelinin güclüsü ilə qarşılaşacaq.

73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/32 finalda İdo Levinlə
(İsrail) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.

Source link