“Böyük Dəbilqə”: Bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri
davam edir.
Cixisyolu.com xəbər verir ki, bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə
qoşulacaq.
İbrahim Əliyevin (73 kq) ilk rəqibi Mark Xristov (Bolqarıstan) olacaq.
81 kq çəki dərəcəsində isə iki milli üzvü mübarizə aparacaq. Məhərrəm
İmamverdiyev ilk görüşdə Qırğızıstan cüdoçusu Əsəd Masabirovla, Ömər Rəcəbli
isə Argentina təmsilçisi Tomas Moraleslə qarşılaşacaqlar.
Azərbaycan millisi martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə doqquz
çəki dərəsində 11 kişi, dörd qadın cüdoçu ilə yollanıb.
Qeyd edək ki, yarışın ilk günündə səkkiz təmsilçimizdən ikisi fəxri kürsüyə
yüksəlib. Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) bürünc medal
qazanıblar.