Böyük Dəbilqə: Hidayət Heydərov qızıl, Zelim Tçkayev bürünc medal qazanıb –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən
Böyük Dəbilqədə qızıl medal qazanıb.
“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Heydərov finalda
yerli idmançı Soişi Haşimotoya qalib gəlib.
81 kq-dakı Zelim Tçkayev isə bürünc mükafata sahib çıxıb. O, Tacikistan
təmsilçisi Somon Makhmadbekovu məğlub edib.
10:34
Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən
Böyük Dəbilqədə finala yüksəlib.
“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən idmançı qızıl
medal uğrunda görüşdə yerli idmançı Soişi Haşimoto ilə üz-üzə gələcək.
81 kq-dakı Zelim Tçkayev isə bürünc medal uğrunda qarşılaşmada Tacikistan
təmsilçisi Somon Maxmadbekovun müqavimətini qırmağa çalışacaq.
Bu gün tatamiya çıxan Rəşid Məmmədəliyev (73 kq), Səid Mollayi (81 kq), Vüqar
Talıbov, Murad Fətiyev (hər ikisi 90 kq) və Acelya Toprak (57 kq) artıq medal
şanslarını itiriblər.
Xatırladaq ki, Azərbaycan millisi yarışda 8 çəki dərəcəsində 13 kişi və bir
qadın idmançı ilə təmsil olunur.