“Böyük Dəbilqə”: İlk gündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start
veriləcək.
Cixisyolu.com xəbər verir ki, ilk gündə Azərbaycanın 3 cüdoçusu iki çəki dərəcəsində
mübarizəyə qoşulacaq.
Əhməd Yusifov (60 kq) 1/16 finalda türkiyəli Salih Yıldızla görüşəcək.
Ruslan Paşayev və Rəşad Yelkiyev eyni çəkidə (66 kq) qüvvələrini sınayacaqlar.
Hər iki idmançı yarışa 1/32 finaldan başlayacaq. Paşayev Türkiyənin digər
təmsilçisi Muhammed Demirellə, Yelkiyev isə qırğızıstanlı Baibol Salamat Uulu
ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə”yə Azərbaycan 9 kişi
cüdoçu ilə yollanıb.