551dd83b-6efd-49e5-b221-4e52ab50bde0..jpg

Böyük Dəbilqə: Rüstəm Orucov və daha iki cüdoçumuz mübarizəyə başlayacaq

Baxış sayı: 859 dəfə baxılıb.

Böyük Dəbilqə: Rüstəm Orucov və daha iki cüdoçumuz mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın daha üç cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən
Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov
1/32 finalda Gürcüstan təmsilçisi Mixeili Baxbaxaşvili ilə üz-üzə gələcək.

81 kq-da mübarizə aparan Rüstəm Orucov 1/16 finalda Monqolustandan olan
Bolor-Oçir Gereltuyanın, eyni çəkidəki Zelim Tçkayev onun həmyerlisi Batbold
Bulqanın müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, yarışın ilk günündə Orxan Səfərov (66 kq) gümüş medala sahib
çıxıb. Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.

Source link