cf6cf969-3a77-418b-83fe-ce4f9a543717..jpg

Böyük Dəbilqə: Son gündə Azərbaycanın dörd cüdoçusu mübarizə aparacaq

Baxış sayı: 769 dəfə baxılıb.

Böyük Dəbilqə: Son gündə Azərbaycanın dörd cüdoçusu mübarizə aparacaq

İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə bu gün
yekun vurulacaq.

“Report”un məlumatına görə, son yarış günündə Azərbaycan millisinin dörd üzvü
mübarizəyə qoşulacaq.

90 kq-da çıxış edən Məmmədəli Mehdiyev türkmənistanlı Məmmədəli Açıldıyevlə
üz-üzə gələcək.

100 kq-da yer alan Zelim Kotsoyevin rəqibi Rafael Buzakarini (Braziliya) –
Tomas Brisenyo (Çili) görüşünün qalibi olacaq. 100 kq-dan yuxarı çəkidə yarışan
Uşangi Kokauri Mirça Krotoriy (Rumıniya) – Freddi Fiqeroa (Çili) cütünün, Camal
Qamzatxanov isə Xose Nova Alkantara (Dominikan Respublikası) – Losseni Kone
(Almaniya) cütünün güclüsünü sınağa çəkəcək.

Qeyd edək ki, hələlik yığmanın aktivində bir gümüş medal var. Yeganə mükafatı
66 kq-da Orxan Səfərov qazanıb.

Source link