72f192d4-c4d0-4b15-a941-9e499cfb2db8..jpg

Böyük Dəbilqə turnirinin üçqat qalibi: “Nadinc olduğum üçün məni cüdoya yazdırdılar” – VİDEO

Baxış sayı: 785 dəfə baxılıb.

Böyük Dəbilqə turnirinin üçqat qalibi: “Nadinc olduğum üçün məni cüdoya
yazdırdılar” – VİDEO

“Nadinc olduğum üçün valideynlərim məni cüdoya yazdırdılar”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Balabəy Ağayev
federasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.

Böyük Dəbilqə turnirinin üçqat qalibi olan 24 yaşlı idmançı cüdoya necə
gəldiyini açıqlayıb:

“Kiçik olanda evdə qardaşımla həmişə güləşirdim. Balaca olduğu üçün onu
əzirdim. Buna görə də evdə deyirdilər ki, nadinclik edir, bunu idmana yazdıraq.
Enerjimi idmanla tükətməyimi istəyirdilər. Nəticədə 9 yaşımda cüdoya
başlamışam”.

Müsahibənin tam versiyasını aşağıdakı videodan izləyə bilərsiniz:


Source link