798c8ddb-b2e6-4b33-a114-5ac85ad958c1..jpg

Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan cüdoçuları – SİYAHI

Baxış sayı: 1. 042 dəfə baxılıb.

Böyük Dəbilqədə iştirak edəcək Azərbaycan cüdoçuları – SİYAHI

Martın 24-26-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turniri
keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının (ACF) yaydığı məlumata görə, üç gün davam
edəcək turnirdə 62 ölkədən 400-dən çox idmançı iştirak edəcək. Azərbaycan cüdo
üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil
olunacaq.

Cüdoçulara mötəbər yarışda ACF-in vitse-prezidenti Elnur Məmmədli başda
olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın
böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi
Rəşad Məmmədov rəhbərlik edəcək.

Yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev
ədalət təmsilçiləri arasında yer alacaq.

Ölkəmizin idman şərəfini Kəramət Hüseynov, Turan Bayramov (hər ikisi 60 kq),
Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73
kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq),
Camal Həmzətxanov (100 kq-dan yuxarı), Leyla Əliyeva (48 kq), Gültac
Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq)
qoruyacaqlar.

Source link