a63bfdb3-e1a6-4505-96bd-9f2810b7ff77..jpg

“Böyük Ermənistan”

Baxış sayı: 997 dəfə baxılıb.

“Böyük Ermənistan”

Kubra Məhərrəmova yazır…

Erməni elə bir varlıqdır ki, yoxdan var edir. Ciddi deyirəm, olmayan şeyi var
etməyi bacarırlar. Ən absurd ideyanı, ən ağlagəlməz fikri.

Məsələn, tarixdə olmayan “Böyük Ermənistan”ı var ediblər, İsa Məsihin erməni
olmasını da, Misir ehramlarını ermənilərin inşa etməsini də, Aya uçan ilk adamı
da, qondarma “erməni soyqırımı”nı da, radio və rəngli televizoru da ermənilər
var edib, yoxdan. İndi siz oxuyub gülürsünüz, amma ermənilərə görə bunlar
realdır, mütləq həqiqətdir, tarixdir, vardır.

Və bütün bu var olmalar Kim Kardaşyanın qoyma yanları kimi, Penelopanın
İrəvanda axıtdığı timsah göz yaşları kimi sünidir. Bütün dünya bilir ki, bu
yoxdur, amma ermənilər deyir ki, var.

Bundan savayı ermənilərin bir qabiliyyəti var ki, bütün dünya belə gəlsə
onlara bu işdə heç kim çata bilməz. Bu da odur ki, onlara heç vaxt, heç nəyi
sübut edə bilmirsən, bir sözlə fitri istedaddırlar. Məsələn, onlara sübut edə
bilmirsən ki, Ermənistanın indiki əraziləri tarixi Azərbaycan torpağıdır və bu
gün Ermənistanın paytaxtı olan İrəvan şəhəri, əslində İrəvan xanlığının mərkəzi
olub. Azərbaycan tarixinə aid olan bütün tarixi abidələri, tikililəri,
qəbiristanlıqları məhv edən ermənilərə bunların heç birini sübut etmək olmur.
Onlara sübut etmək olmur ki, 1828-ci ildən başlayan 1948-1989-cu illərə qədər
davam edən “Türksüz Ermənistan” siyasəti sayəsində indiki Ermənistan ərazisində
olan və tarixən azərbaycanlıların məskunlaşdığı 605 kənd etnik təmizləməyə
məruz qalıb. Həmin kəndlərdə yaşayan azərbaycanlılar oradan qovulublar. Öz
evini obasını tərk etmək istəməyən minlərlə azərbaycanlını isə xüsusi
amansızlıqla öldürüb, məhv ediblər. Ermənilərə sübut etmək olmur ki, onlar
zamanında Xankəndidən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min
kvadratkilometr ərazisini zəbt ediblər.

Məsələn, ermənilərə sübut etmək olmur ki, onları XIX-XX əsrlərdə Rusiya
imperiyası İrandan, Türkiyədən, həmçinin XX əsrdə Yunanıstan, Suriya və s.
yerlərdən İrəvan ərazisinə, o cümlədən Azərbaycanın dilbər guşəsi olan Qarabağa
və digər ərazilərə gətiriliblər. Bəli, bu bir Rusiya imperiyasının siyasəti idi.

Bu barədə rusiyalı tədqiqatçı İ.N.Şavrov yazırdı: “1828-ci ildən 1830-cu
ilədək biz Zaqafqaziyaya 40 mindən çox İran, 84 min Türkiyə ermənisi köçürdük
və onları erməni əhalisinin cüzi yaşadığı Yelizavetpol (Gəncə) (Qarabağ ərazisi
bu quberniyaya daxil idi) və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında
yerləşdirdik”.

Digər məlumatda isə qeyd olunur ki, 1830-cu ildə Türkiyənin Ərzurum və Bəyazid
əyalətlərindən 45 min nəfər erməni Göyçə mahalında məskunlaşdırılmışdılar.

Bu sadəcə ən adi məlumatlardır. Bunu sübut edən arxiv materialları, tarixi
sənədlər var. Amma ki, bunu erməniyə sübut edənə “Nobel” mükafatı düşür. Çünki
sübut edə bilmirsən. Erməni eləcə zurnalarını üfləyir ki, bütün Qafqaz,
Türkiyə, İran, Turan hamısı qədim ermənilərin məskunlaşdığı ərazi olub və
dünyada ən qədim bir dövlət olub, o da “Böyük Erməni” dövləti.

Məsələn, ermənilərə sübut edə bilmirik ki, 1918-ci ilin martında erməni daşnak
və rus bolşevik qüvvələri Bakıda və digər şəhərlərimizdə Azərbaycan türklərini
qətlə yetiriblər.

Həmçinin Xocalıda törədilən soyqırımının müəllifinin də ermənilər olduğu
danılmaz fakt olsa belə, hələ də beynəlxalq məhkəmə qurulmayıb və cinayətkarlar
cəzalarını almayıblar.

Hər şey bir tərəfə, 44 günlük Vətən müharibəsində ermənilərə sübut edə
bilmirdik ki, Hadrut işğaldan azad edilib. Peqov kimi dələduz təlxək və erməni
lobbisi deyirdi ki, elə şey yoxdur. Erməni ordusunun tankları Bakıya çatır
artıq. Hadrutda da ermənilər şərab içirlər.
Düzdür, erməni ordusunun tankları Bakıya çatdı, amma hərbi qənimət kimi. İndi
də Bakı günəşinin altında pas atır.

Artıq bir aya yaxındır ki, Laçın Xankəndi yolunda ekofəallar, ictimai fəallar
Xankəndidə baş verən ekoloji fəlakətin durdurulması üçün aksiya keçirirlər.
Ermənilər isə bütün dünyaya hayqırır ki, erməniləri blokadaya salıblar.
Ermənilər acından ölür, qırılır, apteklərdə dərman yoxdur, evlərdə qaz-işıq
yoxdur, dükanlarda ərzaq yoxdur.

Özlərinin paylaşdığı fotoları gözlərinə soxanda belə sübut edə bilmirsən ki,
“ay Haykanuş” axı bu fotonu özün çəkmisən?! Oturmusan süfrə arxasında,
yeyib-içirsən, hanı bəs sənin “blokadan”? Hanı bəs sənin acından ölməyin? Hanı
bəs sənin ağlamağın?

Ermənilər deyəsən ölmüş oğullarının meyitinə də inanmırlar. Onlara sübut etmək
olmur ki, sənin oğlun suveren Azərbaycanın ərazisində işğalçılıq siyasəti
apardığına görə məhv olunub. Əli günahsız azərbaycanlı qadın və uşaqlarının
qanına batıb. Nə bu dünyada, nə də o dünyada bağışlanılması mümkün olmayan
günaha sahibdir.

Və ən nəhayət müharibənin üstündən iki il keçməsinə baxmayaraq ermənilərə
sübut etmək olmur ki, onların yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsini
imzalamaqdır.

Nə edək, görünür bu dəfə göydə “Kızılelma”lar görünəcək.

Allah şahiddir ki, biz sübut etməyə çalışdıq, özü də çox.

Source link