d6b9ea63-118b-4eeb-9c54-3127f95c85f3..jpg

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün ayrılacaq vəsaitin həcmi bilinib

Baxış sayı: 720 dəfə baxılıb.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün ayrılacaq vəsaitin
həcmi bilinib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin edilməsi Azərbaycanın
2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub və bu
prioritetin reallaşdırılması üçün 2022-26-cı illəri əhatə edən “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət
Proqramı” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli
3587 nömrəli Sərəncamı ilə təsdiq edilib.

Bu, Maliyyə Nazirliyinin məlumatında əksini tapıb.

Qeyd edilib ki, Proqram Milli Prioritetlər üzrə iki məqsədə – əhalinin
dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası
məqsədlərinə xidmət edir. Proqram üzrə tədbirlərin infrastruktur,
iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf-mühitin tarazlı
inkişafı üzrə müəyyən edilmiş hədəf göstəricilərinə uyğun olaraq həyata
keçirilməsi nəzərdə tutulur.

2023-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilmiş son məlumatlara əsasən,
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün 2022-26-cı illərdə
ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.
2020-22-ci illərin dövlət büdcəsindən bu məqsədə təqribən 6,6 milyard manat
məbləğində vəsait ayrılıb. Cari ilin dövlət büdcəsində sözügedən Proqramın
icrası üçün 5,3 milyard manat, 2024-26-cı illərdə ümumilikdə 10,6 milyard manat
məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan
vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-26-cı illər üzrə
ümumilikdə ayrılacaq vəsaitin həcmi 22,4 milyard manata çatdırılacaq.

Source link