7f5b4ac2-ae85-408d-8a68-2f43792d8c63..jpg

Böyük Qayıdışa dair məşğulluq məsələləri müzakirə olunub – FOTO

Baxış sayı: 672 dəfə baxılıb.

Böyük Qayıdışa dair məşğulluq məsələləri müzakirə olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət
Proqramı”nda əksini tapan məşğulluq məsələləri ilə bağlı müzakirə aparılıb.

Mərkəzdən verilən məlumata görə, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, əmək
və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, nazirliyin
tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin iştirak
etdiyi görüşdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aktiv işçi
qüvvəsi tələb edən sahələr müzakirə olunub.

Bu sahələr, əsasən, dövlət və özəl olmaqla bir neçə istiqamət üzrə
təsnifatlandırılıb. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2024-cü ildə
tikintisi planlaşdırılan obyektlər, köçürülən əhalinin peşə hazırlığı, pilot
layihələrin icrası və s. digər əhəmiyyətli məsələlərdən danışılıb.

Fikir mübadiləsinin ardınca müzakirələrin davam etdirilməsinə qərar verilib.
Həmçinin, müzakirə mövzusu olan bölgəyə birgə səfərlərin həyata keçirilməsi və
araşdırmaların aparılması haqqında razılıq əldə olunub.

Source link