Meqapolislərdə yaşayan insanlar, kəndlərdə yaşayan insanlarla müqayisədə dəri xəstəliklərindən daha çox əziyyət çəkir.
ÇıxışYolu.Com xəbər verir ki, Cənubi Koreyanın bir neçə elmi laboratoriyalarının tədqiqatçıları belə bir nəticəyə gəlib.
Araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.
Bundan əvvəl dəri xəstəliklərinin havanın çirklənməsi ilə əlaqəli olduğu deyilirdi. Habelə xəstəliklərə təsir edən mexanizmlər sona kimi öyrənilməyib.
Tədqiqatçılar insanın dəri qatlarında yaşayan mikroorqanizmlərin fəaliyyətini araşdırıb. Bunun üçün Çinin beş müxtəlif şəhərində yaşyan 231 qadının dərisindən nümunələr götürülüb.
Alimlər müəyyən edib ki, insan dərisində miqroorqanizmlərin miqdarı çox olduqda, dermatitə tutulma riski əhəmiyyətli dərəcədə azalır.