Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Böyükşor-Pirşağı avtomobil
yolunun tikintisinə başlayıb.
Cixisyolu.com bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Bakıda nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının
tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirşağı avtomobil yolunun
uzunluğu 12,7 kilometrdir. Yeni avtomobil yolu altı hərəkət zolağından ibarət
olacaq.
Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, bitki qatının
çıxarılması, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası
işləri həyata keçirilir.
Yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı
qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq.