9445a287-7579-454d-866f-bc55a2e44a45..jpg

“Bozun əlli çaları” filminin ulduzu xəstəxanaya yerləşdirilib – FOTO

Baxış sayı: 437 dəfə baxılıb.

“Bozun əlli çaları” filminin ulduzu xəstəxanaya yerləşdirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bozun əlli çaları” filmində baş rolu canlandıran aktyor Ceymi Dornan zəhərli
tırtıl dişlədikdən sonra ürəktutmasından xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, sənətçi dostu Qordon Smart ilə Portuqaliyada istirahət
edirmiş. Qolf oynayarkən, onlar özlərini pis hiss ediblər. Dornanın əzalarında
uyuşma baş verib və ürək tutması əlamətləri büruzə verib, Smartda isə sol
qolunda “iynə batma” hissi yaranıb və onun ürək döyüntüləri artıb.

Aktyorun dostu bildirib ki, onun səhhətinin pisləşməsinə Portuqaliyanın
cənubunda rast gəlinən kiçik zəhərli tırtılların dişləməsi səbəb olub. Onların
tüklərində dərini, gözləri, boğazı qıcıqlandıran və ürək tutması yarada bilən
“taumetopoin” maddəsi mövcuddur.

Mənbə: Daily Mail

Source link