23736378-8a88-413b-b08b-9548e9839172.jpg

bp kursunu dəyişir: Şirkət neft və qaz hasilatının azaldılmasından imtina edə bilər

Baxış sayı: 194 dəfə baxılıb.

bp energetika şirkəti 2030-cu ilə qədər neft və qaz istehsalını azaltmaq
planlarından imtina edə bilər.

Cixisyolu.com-ın verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi öz mənbələrinə
istinadən məlumat yayıb.

Bildirilir ki, şirkət bərpa olunan enerji mənbələrinin artımı naminə neft və
qaz istehsalını 40% azaltmaq strategiyasından imtina edəcək. Bu qərar
səhmdarların enerji keçidindən daha çox qısamüddətli mənfəətə diqqət yetirmək
istəyindən irəli gəlir.

Məlumatda qeyd olunur ki, bp ənənəvi yanacaq hasilatını artırmaq üçün Yaxın
Şərq və Latın Amerikasında yeni investisiyalar nəzərdən keçirir. Şirkət
yenilənmiş strategiyasını 2025-ci ilin fevralında təqdim edəcək.

Source link