ad1be48d-7ae1-4d9b-a31f-2a9a89d43909..jpg

BP-nin baş icraçı direktoru istefa verib

Baxış sayı: 584 dəfə baxılıb.

BP-nin baş icraçı direktoru istefa verib

BP şirkətinin baş icraçı direktoru Bernard Luni istefa verib.

Bu barədə şirkətə istinadən xəbər yayılıb.

Məlumata görə, bu vəzifənin icrası müvəqqəti olaraq şirkətin maliyyə direktoru
Mürrey Aukinklosa həvalə edilib.

B.Luninin istefa səbəbi açıqlanmasa da, məsələnin onunla bağlı ötən ilin
mayında başlanan araşdırmalarla əlaqədar olması ehtimal edilir.

Belə ki, anonim mənbə onun şirkətdə olan digər həmkarları ilə şəxsi
münasinətlərinin araşdırıldığını bildirmişdi. Həmin araşdırma B.Luninin CEO
olmamışdan öncəki davranışlarında şirkətin kodeksindən kənar hər hansı hal
aşkar etməyib.

Bu yaxınlarda oxşar şikayət daxil olub və araşdırma yenidən başlanıb.

Qəfil istefa qərarı verən B.Luni etiraf edib ki, araşdırmalar zamanı verdiyi
ifadələr heç də tam deyil.

Source link