BQXK Bakıda həbsdə olan separatçılara baş çəkib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvarın sonu və fevralın
əvvəllərində Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli
şəxslərə yenidən baş çəkiblər”.
Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan məlumat verilib.
Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların
ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
Qeyd edək ki, mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan
şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin,
şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait
yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr
və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları abtiterror tədbirlərindən
sonra Qarabağda qondarma qurumun rəhbərləri olmuş Arkadi Qukasyan, Bako
Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də
“parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan
və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətiriblər.