BQXK Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinə baş çəkib – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan
tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə və Ermənistanda
saxlanılan azərbaycanlılara baş çəkiblər.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların
ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradılıb.
Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə
rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin, şəxslərin
ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır.
BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və
tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin
Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov aprelin
9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd
ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər
Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi
açılaraq qanunsuz həbs olunublar.