Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədəolma müddəti uzadılıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında 2000-ci il 1 iyun tarixli Sazişin qüvvədə olma müddətinin uzadılması haqqında 2018-ci il fevralın 5-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.