BQXK-nın regional kəraməti: Qaçaqmalçılıq – ŞƏRH + VİDEO

Baxış sayı: 868 dəfə baxılıb.

BQXK-nın regional kəraməti: Qaçaqmalçılıq – ŞƏRH + VİDEO

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) “Laçın” sərhəd-buraxılış məntəqəsindən
istifadəni humanitar məqsədlərə deyil, regionda qaçaqmalçılıq, hüquq
pozuntusunun nümunələrinə söykəyir.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ötən müddət ərzində DSX-nin
əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz
yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

Məlumatdan görünür ki, BQXK-nın bu hərəkətləri ilə bağlı dəfələrlə quruma
xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb, ona görə də Azərbaycan
sərhədçiləri faktı ictimailəşdirmək məcburiyyətində qalıblar.

BQXK, onsuz da, zamanla Ermənistan maraqlarının kölgəsi kimi fəaliyyətlərə
imza atıb, lakin addımlarını humanitar epitetlərlə pərdələyərək, əsl
mahiyyətini gizlətməyə çalışıb.

Bu fəaliyyət Azərbaycan tərəfinə bəlli olub, lakin müəyyən diplomatik-siyasi
etiket qaydalarına görə BQXK-nın bütün əməlləri ictimailəşən fazaya daxil
edilməyib.

İndi isə məsələ fərqlidir, artıq bıçaq sümüyə dirənib, görün BQXK-nın
Ermənistan vətəndaşları üçün marşrut avtobusuna dönməsinin nəticələri hansı
həddə çatıb ki, Azərbaycan sərhədçiləri təşkilatın avtomobilini yoxlayıblar.
Yoxlama zamanı DSX-nin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat
vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi
cəhdlərini aşkarlayıblar.

Bu, o anlama gəlir ki, BQXK öz fəaliyyətindən və səlahiyyətlərindən
sui-istifadə edir.

BQXK-nın işi etik və institusional çərçivələri təmin edir: silahlı
münaqişələr, təbii fəlakətlər və digər fövqəladə hallar zamanı ehtiyacı olan
insanlara kömək etmək yanaşmasının əsasında durmalıdır.

BQXK-nın fəaliyyəti yeddi prinsipə söykənir: insanlıq, qərəzsizlik,
neytrallıq, müstəqillik, könüllü xidmət, birlik, universallıq.

Bu yeddi fundamental prinsip qanunazid əməllərin tüğyan etməsinə deyil,
əksinə, qanunsuzluğun təzahürlərinə qarşı mübarizədə yardımçı olmalıdır.

Amma BQXK qaçaqmalçılıq fəaliyyətini Laçındakı sərhəd-buraxılış məntəqəsindən
keçidə nisbətdə nümayiş etdirmiş oldu, bununla da məqsədinin regional əzabların
qarşısını almağa və onu yüngülləşdirməyə xidmət etmədiyini göstərdi.

BQXK-nın Qarabağdakı məramı tərəf tutmaq, ideoloji-siyasi xarakterli
mübahisələrə, hüquqsuzluq fazasına qoşulmaq deməkdir.

Aqşin Kərimov


Source link