622c2fe2-ca90-4c56-8744-1f7d2dd5cb87..jpg

BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər – YENİLƏNİB + FOTO

Baxış sayı: 957 dəfə baxılıb.

BQXK-ya və sülhməramlılara məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət
ediblər – YENİLƏNİB + FOTO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə
(BQXK) məxsus 4 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik avtomobilləri Xankəndidən Laçın istiqamətinə keçiblər.

Bundan başqa, Rusiya sülhməramlılarına məxsus bir avtomobilin hərəkət etməsinə
növbəti dəfə şərait yaradılıb.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir
məhdudiyyət yoxdur.

09:24

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz
istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası altmış
gündür davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq, qarlı
və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək
fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə
boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu
səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Hazırda qar yağmasına baxmayaraq, onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə
davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən
üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb,
şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib.
Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə
lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail
olunmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Source link