62cfe6c4-3546-4a4d-89f5-f60a0eb4ad26..jpg

“Braqa”nın bombardiri “Qarabağ”la oyun ərəfəsində başqa kluba keçə bilər

Baxış sayı: 598 dəfə baxılıb.

“Braqa”nın bombardiri “Qarabağ”la oyun ərəfəsində başqa kluba keçə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliyanın “Braqa” klubunun futbolçusu Simon Banza UEFA Avropa Liqasının
pley-off mərhələsində “Qarabağ”la oyun ərəfəsində başqa kluba keçə bilər.

Yerli mətbuatın məlumatına görə, konqolu hücumçu Portuqaliyada başqa klubun
maraq dairəsinə düşüb.

Qış fasiləsində hücum xəttindəki problemi yoluna qoymağı planlaşdıran
“Benfika” 27 yaşlı forvarda elçi düşüb. Banza Lissabon təmsilçisi üçün
alternativlərdən biridir. Oyunçu hazırda 14 qolla Portuqaliya çempionatında
bombardirlər yarışına başçılıq edir.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də
keçiriləcək.

Source link