“BRAVO” indi Şüvəlanda - VİDEO

“BRAVO” indi Şüvəlanda – VİDEO

Baxış sayı: 3. 560 dəfə baxılıb.

Şüvəlan və Mərdəkan sakinlərinə xoş xəbər var. Mayın 3-dən yeni “BRAVO” supermarket çox rahat ünvanda – Şüvəlan və Mərdəkan qəsəbələrinin arasında, Polis Akademiyasına yaxın məkanda fəaliyyətə başlayacaq. 

Minimum qiymətə maksimum keyfiyyət təklifləri ilə tanınan “BRAVO” yenə də ənənəsinə sadiqdir. Yeni ünvanda müştərilərə geniş çeşiddə ən təzə qida məhsulları və yüksək keyfiyyətli qeyri-ərzaq məhsulları təqdim olunacaq.

Təzə meyvə-tərəvəz, ət və ət məhsulları, şirniyyat, çörək, bişinti məhsulları, qulluq və şəxsi gigiyena məhsulları, məişət əşyaları, tekstil, elektrik avadanlıqlarının geniş seçim imkanı və aşağı qiymətləri sözün əsl mənasında alıcıları təəccübləndirəcək. 

Mütəmadi olaraq yenilənən çeşid imkanları, münasib qiymətlər, geniş, rahat sıralarda təklif olunan xüsusi endirim kampaniyaları ilə “BRAVO”da alış-veriş etməkdən zövq alacaqsınız.  

Yeni “BRAVO” gülərüz işçi heyəti ilə həftənin yeddi günü, səhər saat 8:00-dan gecə saat 00:00-dək xidmətinizdədir. 

Yeni “BRAVO”da görüşmək ümidilə, unutmayın “BRAVO” həmişə devizinə sadiq qalaraq “Yüksək Qiymətlərə Qarşıdır”!

Bizi sosial media hesablarımızda izləyin və son məlumatlardan xəbərdar olun.

https://www.facebook.com/BravoSupermarketAz/
https://www.instagram.com/bravosupermarketaz/
www.bravosupermarket.az

www.ÇıxışYolu.Com