88ae366b-6890-4e2a-a256-208f5503dbfb..jpg

“BRAVO” supermarketlər şəbəkəsindən Əhmədlidəki filialına edilmiş silahlı basqınla bağlı AÇIQLAMA

Baxış sayı: 861 dəfə baxılıb.

“BRAVO” supermarketlər şəbəkəsindən Əhmədlidəki filialına edilmiş silahlı
basqınla bağlı AÇIQLAMA

Bu gün səhər saatlarında Xətai rayonunda yerləşən “BRAVO” hipermarketinə
edilmiş silahlı hücumla bağlı şəbəkə məlumat yayıb.

Cixisyolu.com “BRAVO”nun açıqlamasını təqdim edir:

“Dərin təəssüf hissi ilə bildiririk ki, 04.03.23 tarixində Xətai rayonu,
Əhmədli metrostansiyası yaxınlığında yerləşən BRAVO hipermarketin girişində,
müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi
hissədə inkassasiya heyətinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər
vəfat edib, iki nəfər yaralanıb.

Baş vermiş insidentlə bağlı Baş Prokurorluq tərəfindən hadisə yerində
araşdırma aparılır.

Bu səbəbdən Əhmədli metro stansiyası yaxınlığında yerləşən BRAVO hipermarket
müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Hipermarketin iş qrafiki barəsində
əlavə məlumat veriləcək.

BRAVO hipermarket hadisədən mənəvi sarsıntı keçirən insanların qayğısına qalır
və insidentin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanları ilə sıx
əməkdaşlıq edir.

Qeyd edək ki, hadisə nəticəsində Bravo müştəri və əməkdaşlarından xəsarət alan
olmayıb.

Qeyd olunan faktla bağlı bütün əlavə məlumatlar Baş Prokurorluğun Mətbuat
Xidmətindən ictimaiyyətə təqdim ediləcəkdir.

Hadisədə qətlə yetirilən Həsənov Rüfətin ailəsinə dərin hüznlə başsağlığı
verir, yaralananların isə tezliklə sağalmasını diləyirik”.

Source link