Braziliya aeroportunda böyük qarət

Braziliya aeroportunda böyük qarət

Baxış sayı: 3. 063 dəfə baxılıb.

Braziliyanın Kampinas şəhər aeroportunda iri məbləğli qarət hadisəsi baş verib.

ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, cinayətkarlar aeroportun yük bölməsindən 5 milyon dollara yaxın pul oğurlayıb.

Qeyd olunan pullar xüsusi çantalarda “Lufthansa” hava yolları şirkətinə aid təyyarə ilə Sürix şəhərinə daşınmalı idi.

Braziliyanın Quarulyus şəhərindən Avstriyanın Sürix şəhərinə uçmalı olan təyyarə əlavə yükü qəbul etmək üçün Kampinasda eniş edib.  Ancaq enişdən təxminən altı dəqiqə əvvəl kimliyi məlum olmayan cinayətkarlar yük bölməsində olan çantaları oğurlayıblar.

.
www.ÇıxışYolu.Com