b9de7421-0329-48a7-84c0-a8c0c4e145d0..jpg

Braziliya Futbol Federasiyası Ançelotti ilə bağlı yayılan xəbərləri təkzib edib – YENİLƏNİB

Baxış sayı: 861 dəfə baxılıb.

Braziliya Futbol Federasiyası Ançelotti ilə bağlı yayılan xəbərləri təkzib
edib – YENİLƏNİB

Braziliya Futbol Federasiyası (CBF) “Real” Madridin baş məşqçisinin milli
komandaya rəhbərlik etməyə razılıq verməsi ilə bağlı yayılan xəbərləri təkzib
edib.

Ançelottinin ispan klubu arasındakı hazırkı müqavilənin 2024-cü ilə qədər
olduğu bildirilir.

20:46

“Real” Madridin baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə
bilər.

Ançelotti Braziliya Futbol Federasiyasına milli komanda ilə işləmək barədə
razılıq verib.

Tərəflər 3 il üçün nəzərdə tutulan müqavilənin detallarını müzakirə edirlər.
Müqavilənin 2023-cü ilin iyulunda qüvvəyə minəcəyi və Dünya Çempionatının
keçiriləcəyi 2026-cı ilin avqust ayına qədər qüvvədə olacağı gözlənilir.

Ançelotti hələ heç bir sənəd imzalamayıb, ancaq razılığını verib. İspaniyanın
“Real” Madrid klubu ilə müqaviləsi qüvvədə olduğu üçün tərəflər razılaşma
barədə ictimaiyyətə açıqlama verməyəcək.

“Real” Madridin braziliyalı futbolçuları Vinisius Junior, Rodriqo Qoes və Eder
Militao məsələdən xəbərdardırlar. Onlar Ançelottinin klubdan getməsinə
təəssüflənirlər, lakin milliyə gəlişinə sevinirlər.

Mənbə: Sports.ru

Source link