Braziliya millisinin futbolçusu Pelenin rekordunu qırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Braziliyanın “Palmeyras” klubunun və Braziliya millisinin hücumçusu Endrik
Felipe milli komandanın tərkibində ilk iki qoluna sərf etdiyi vaxta görə
rekorda imza atıb.
Endrik İngiltərə ilə yoldaşlıq görüşündə əvəzedici kimi meydana çıxarkən
fərqlənməyi bacarıb. 17 yaşlı braziliyalı 80-ci dəqiqədə qol vurub. Görüş
martın 23-də Londonun “Uembli” stadionunda baş tutub və Braziliyanın 1:0
hesablı qələbəsi ilə yekunlaşıb.
Endrik ikinci qolunu İspaniya millisi ilə yoldaşlıq görüşündə vurub. Futbolçu
yenidən oyuna ehtiyat oyunçular skamyasında başlasa da, meydana daxil olaraq
50-ci dəqiqədə qol vurub. Görüş martın 26-da Madriddəki “Santyaqo Bernabeu”da
baş tutub və heç-heçə ilə yekunlaşıb – 3:3.
Xatırladaq ki, bundan əvvəlki 64 dəqiqəlik rekord braziliyalı Peleyə məxsus
olub.
Mənbə: iz.ru