Rusiyada keçirilən futbol üzrə dünya çempionatının favoritlərindən sayılan Braziliya millisi ilk matçında xal itirib.
ÇıxışYolu.Com xəbər verir ki, sambaçılar E qrupunun İsveçrə ilə görüşündə heç-heçə edib – 1:1.
Görüşdə hesabı 20-ci dəqiqədə Filippe Koutinyo açsa da, ikinci yarının başlamasından beş dəqiqə sonra Steven Suber tarazlığı bərpa edib.
Xatırladaq ki, bu qrupun digər görüşündə Serbiya Kosta Rikadan üstün olub – 1:0.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com