Braziliya OPEC+ üzvü olur
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Braziliya 2024-cü ilin yanvarından OPEC+ Əməkdaşlıq Xartiyasına qoşulacaq.
Qeyd olunur ki, qərar hələ alyansın 2023-cü il noyabrın 30-da keçirilən
iclasından sonra verilib.
Maraqlıdır ki, daha əvvəl Braziliya Prezidenti Luis İnasio Lula da Silva
bildirmişdi ki, ölkə OPEC+da yalnız müşahidəçi qismində iştirak etməyə çalışır
və heç vaxt alyansa tamhüquqlu üzv kimi qoşulmayacaq.
OPEC+ isə hələlik Braziliyanın alyansın Əməkdaşlıq Xartiyasında iştirak
edəcəyi şərtlərlə bağlı təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, hazırda alyansa 23 ölkə, o cümlədən ən böyük istehsalçılar –
Rusiya və Səudiyyə Ərəbistanı daxildir.
OPEC-in məlumatlarına görə, Braziliya 2022-ci ildə gündəlik 3,022 milyon barel
hasilatı ilə dünyanın yeddinci ən böyük neft istehsalçısı olub.
Mənbə: TASS