Braziliyanın Pernambuku ştatında güclü yağışlar nəticəsində daşqınlar və torpaq sürüşmələri baş verib.
“RİA Novosti” xəbər verir ki, təbii fəlakət nəticəsində 12 nəfər həyatını itirib.
Bir qadının xəstəxanada ağır vəziyyətdə olduğu bildirilir. Daha bir hamilə qadın itkin düşüb.
2 min insan evlrini tərk etməyə məcbur olub.
Resifi mikroregionuna daha çox ziyan dəyib: nəqliyyat əlaqəsində problemlər yaranıb, bir neçə rayonda məktəblər bağlanıb, binalar uçulub, ağaçlar aşıb. Bəzi rayonlarda insanlar qayıqla hərəkətə edir.