Braziliya və Venesuela arasında mübahisə güclənir: Sərhədə əlavə hərbi
qüvvələr göndərilir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Braziliya Müdafiə Nazirliyi Venesuela ilə sərhədə 20 zirehli texnika göndərmək
qərarına gəlib.
Bu qərar Venesuela ilə Qayana arasında ərazi mübahisəsinin kəskinləşməsi ilə
əlaqədar təhlükəsizliyin gücləndirilməsi məqsədi daşıyır.
Bu barədə Braziliya müdafiə naziri Jose Musio Monteyro məlumat verib.
Onun sözlərinə görə, zirehli texnika ölkənin şimalındakı Rorayma ştatında
yerləşdiriləcək, oraya, həmçinin əlavə 130 hərbi qulluqçu göndəriləcək.
Monteyronun sözlərinə görə, əməliyyat regionda qeyri-qanuni mədənlərin
istismarına qarşı mübarizənin təmin edilməsi üçün çoxdan planlaşdırılıb, lakin
indi zirehli texnika sərhəddə təhlükəsizliyin gücləndirilməsi məqsədilə
istifadə olunacaq.
Qeyd edək ki, Venesuela və Qayana arasında Essekibo çayının qərbində yerləşən
və Qayana-Essekibo adını alan 159 min 500 kvadratmetr əraziyə sahiblik uğrunda
münaqişə 100 ildən artıqdır ki, davam edir. Bu ərazi Qayananın üçdə ikisindən
çoxunu təşkil edir və burada 283 min nəfər yaşayır, ölkənin ümumi əhali sayı
isə 800 mindən çoxdur.
İki ölkə arasında ərazi mübahisəsi 2015-ci ildə ən azı 10 milyard barellik
neft yataqlarının aşkarlanması və Qayananın sərhədləri delimitasiya edilməmiş
dəniz şelfində neft hasilatı üçün “ExxonMobil” şirkətinə verdiyi konsessiyalar
səbəbindən daha da kəskinləşib.
Sentyabr ayında “China National Offshore Oil Corporation”, “QatarEnergy” və
“TotalEnergies” də daxil olmaqla daha yeddi transmilli şirkət Qayana
hökumətindən dəniz şelfində yataqların işlənməsi üzrə lisenziya alıb.
Mənbə: TASS