Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Braziliyanın cənub əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb.
Məlumata görə, yaralananların sayı artıq 372 nəfərdir.
Bu barədə Rio-Qrandi-du-Sul ştatının qubernatoru Eduardo Leyte məlumat verib.
159 min yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb, ən azı 131
nəfər itkin düşənlər siyahısındadır.
“95 ölüm… Rəqəmlər artır, lakin təəssüf ki, biz hələ də onun artacağını
proqnozlaşdırırıq. Çünki biz hələ də fövqəladə vəziyyətdəyik”, – deyə Leyte
bildirib.
Qeyd edək ki, aprelin sonunda Braziliyanın Uruqvayla sərhədində yerləşən cənub
əyaləti 1941-ci ildən bəri ən güclü yağışa məruz qalıb. Yağışlar səbəbindən
Rio-das-Antas çayında bənd dağılıb, yaxınlıqdakı yaşayış məntəqələri su altında
qalıb. Ümumilikdə, Rio-Qrandi-du-Sul əyalətindəki 497 bələdiyyədən 401-i tufan
və daşqınlardan zərər çəkib. Səlahiyyətlilər təbii fəlakətin 1,5 milyona yaxın
insanın zərər çəkdiyini təxmin edir.
Mənbə: kommersant