Braziliyada təyyarə anqara çırpıldı: Anbaan görüntülər – VİDEO
Braziliyanın Lukas-do-Rio Verde şəhərində ikimühərrikli “Beechcraft C90GTi
King Air” təyyarəsi qəzaya uğrayıb.
Bom Futuro hava limanından havaya qalxdıqdan az sonra təyyarənin sol qanadı
uçuş-eniş zolağına sürtünüb. Təyyarə uçuş-eniş zolağında sürükləndikdən sonra
anqara çırpılıb və partlayıb, daha sonra alovlanıb.
Qəza nəticəsində təyyarənin pilotu və uçuş-enmə zolağı xidmətçisi həyatlarını
itiriblər, iki sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: Haber Global