Braziliyalı Azərbaycan futbolunun tarixinə düşdü

Baxış sayı: 2. 765 dəfə baxılıb.

“Neftçi”nin futbolçusu Dario Frederiko Azərbaycan çempionatları tarixinə düşüb. 

ÇıxışYolu.Com xəbər verir ki, braziliyalı legioner yarışın 26 illik tarixində 12000-ci qolun müəllifi olub.

O, yubiley qolunu Premyer Liqanın VI turunun “Səbail”lə ev matçının (4:0) 6-cı dəqiqəsində vurub.

“Bakcell Arena”dakı görüşdə dubl müəllifi olan Dario hesabı açdığı topla 12000-ci qola imza atıb. Bu görüşədək Azərbaycan çempionatları tarixində 11999 qol vurulmuşdu. Nəticəsi ləğv olunan matçlar, həmçinin texniki nəticələrin hesaba alınmadığı statistikaya əsasən, 1992-ci ildən keçirilən yarışdakı 4703-cü matçda qol sayı 12003-ə çatıb.

Qeyd edək ki, Dario Frederikonun matçdakı ilk qolu həm də 2018/2019 mövsümünün 50-ci topu olub. Əvvəlki beş turun 19 oyununda (bir matçın nəticəsi ləğv olunub) 49 qol qeydə alınmışdı. Əvvəlki mövsümlərdə 11950 qol vurulduğu üçün 50-ci top həm də 12000-ci olub.

Braziliyalı Azərbaycan futbolunun tarixinə düşdü

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com