Braziliyalı dünyanın ən bahalı qapıçısı oldu

Baxış sayı: 2. 696 dəfə baxılıb.

Braziliyalı dünyanın ən bahalı qapıçısı oldu

Braziliya millisinin qapıçısı Alisson artıq “Liverpul”da çıxış edəcək.

ÇıxışYolu.Com xəbər verir ki, İngiltərə klubu Alissonun transferi üçün “Roma” ilə anlaşıb. Razılaşmaya əsasən “Liverpul” qolkiper üçün 75 milyon avro ödəyəcək. 

Bu, futbol tarixində baş tutmuş ən bahalı qapıçı transferi olacaq. Bundan əvvəlki rekord Canluicci Bufona məxsus idi. “Yuventus” onu 2001-ci ildə “Parma”dan 54 milyon avroya almışdı.

Qeyd edək ki, “Roma” Alissonu 2016-ı ildə Braziliyanın “İnternasional” klubundan 8 milyon avroya transfer etmişdi. 

O, sonuncu dünya çempionatında Braziliya millisinin əsas qolkiperi olub.

www.ÇıxışYolu.Com