511572eb-4589-412c-b1ce-b9b718c1dd3f..jpg

Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış

Baxış sayı: 579 dəfə baxılıb.

Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya futbolunun əfsanələrindən olan “İmperator” ləqəbli Adriano yaşadığı
işgəncələrdən danışıb.

Məlumata görə, Adriano futbolçu karyerasında narkotik vasitələr istifadə
etdiyini və işgəncələr gördüyünü deyib.

“İtaliya A seriyasında çıxış edərkən əldə etdiyim nailiyyətlər ulduz
xəstəliyinə tutulmağıma səbəb oldu. Məhz buna görə də narkotik vasitələrin
istifadəsinə başladım. Daha sonra isə işgəncələr gördüm və böyük səhvlərə yol
verdim”.

Qeyd edək ki, Adriano karyerası ərzində dörd dəfə İtaliya A seriyasının, üç
dəfə İtaliya Super Kubokunun, iki dəfə İtaliya Kubokunun, bir dəfə isə Dünya
Çempionatının qalibi olub.

Source link