Braziliyalı hücumçu: “Azərbaycan yaşamaq üçün mükəmməl ölkədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda futbol oynamaqdan zövq alıram”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Paçu
Azərbaycandakı karyerası ilə bağlı danışarkən deyib.
Braziliyalı hücumçu Azərbaycanın yaşamaq üçün mükəmməl ölkə olduğunu bildirib:
“Burada olduğuma görə çox xoşbəxtəm. Azərbaycan çox gözəl ölkədir. Məşq və
oyunlardan sonra ailəmlə görməli yerlərdə vaxt keçirməyi sevirəm”.
Onun sözlərinə görə, Premyer Liqanın səviyyəsi də kifayət qədər yüksəkdir:
“Doğma meydanda keçirdiyimiz oyunlar komandaya əlavə stimul verir. Çünki Tovuz
azarkeşləri bizim üçün vacibdir”.
27 yaşlı forvard komandasının oyundan-oyuna inkişaf etdiyini söyləyib: “Məqsəd
“Turan Tovuz”u yaxşı yerlərə qaldırmaqdır. Öz üzərimizdə çox çalışırıq”.
Qeyd edək ki, Paçu bu mövsüm “Turan Tovuz”un heyətində 15 matçda 4 qol və 2
məhsuldar ötürmə ilə yadda qalıb.