82676cfe-2ee9-434e-a613-d9f89cf0d9eb..jpg

Braziliyalı jurnalist: “Qarabağda baş verənlər dəhşətlidir”

Baxış sayı: 876 dəfə baxılıb.

Braziliyalı jurnalist: “Qarabağda baş verənlər dəhşətlidir”

“Ermənilərin Qarabağda törətdikləri dağıntılar, ərazilərin minalanması,
memarlıq abidələrinin məhv edilməsi bütün sivil dünya üçün dəhşətli
hadisələrdir”.

Bunu “Report”a açıqlamasında Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı
mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana
gəlmiş xarici jurnalistlər qrupunun tərkibində bu gün Ağdama səfər edən “Tv
Brasil” telekanalının braziliyalı müxbiri Flavia Peixoto deyib.

“Mən buradan çox uzaqda yerləşən Braziliyada yaşayıram. Burada baş verənlər,
bu gün gördüklərim məni çox kədərləndirdi”, – jurnalist bildirib və ermənilərin
Qarabağda yerləşən Azərbaycanın tarixi abidələrinə münasibətindən məyus
olduğunu ifadə edib.

“Gördüklərim məni şoka saldı. Bu, mənim üçün yeni bir reallıqdır”, – o əlavə
edib.

Source link