2a85bbbd-34ba-480e-a93e-b239856f6720..jpg

Braziliyalı səyyah: “Qarabağda böyük dağıntılar utancvericidir”

Baxış sayı: 924 dəfə baxılıb.

Braziliyalı səyyah: “Qarabağda böyük dağıntılar utancvericidir”

“Şuşa çox qədim şəhərdir”.

APA xəbər verir ki, bunu azad edilmiş ərazilərə səfər edən Braziliyadan olan
səyyah Daniel Muniz Şuşaya səfərində jurnalistlərə açıqlamasında deyib.

Xarici səyyah şəhərin tarixindən və eləcə də ərazidəki işğal dövründə
törədilən vandallıqlardan danışıb.

“İnsan düşünəndə ki, əsrlər əvvəl Şuşaya gələn tacirlər bu qala divarlarında
karvanlarını burada saxlayıblar, bu çox möhtəşəm hisdir. Bu şəhərin tarixi
haqqında öyrəndikcə mən oxuduqlarımı və eşitdiklərimi təsəvvür etməyə, gözümün
qarşısında canlandırmağa çalışıram. Bütün bunlara görə, şəhərin nə qədər
maraqlı bir yer olduğunu düşünmək olur. Bura gələnə qədər Qarabağın digər
yerlərində də oldum. Orada böyük dağıntıları gördüm. Bu çox utancvericidir.
Onlar bu yerlərin tarixi dağıdıblar, məhv ediblər”, – deyə səyyah vurğulayıb.

Daniel Muniz əlavə edib ki, gələcəyi görmək üçün tarix unudulmamalıdır.

Source link