1de0fa61-48f1-4038-8329-c2120d484a50..jpg

Braziliyalı səyyah: “Qarabağın bərpasının sürəti heyrətamizdir”

Baxış sayı: 654 dəfə baxılıb.

Braziliyalı səyyah: “Qarabağın bərpasının sürəti heyrətamizdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən heç bir ölkədə Azərbaycandakı kimi tikinti-bərpa işləri görməmişəm”.

Bu barədə “Report”a açıqlamasında braziliyalı səyahətçi Pristsila Perianez
bildirib.

“Heç vaxt tikinti-bərpa işlərinin Qarabağdakı kimi sürətlə getdiyini
görməmişəm. Tikintinin keyfiyyəti və sürəti, sadəcə, heyrətamizdir. Füzuli Hava
Limanı cəmi səkkiz ayda tikilib. O, çox gözəldir”.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü
ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və
Şərqi Zəngəzura səfəri başlayıb.

Məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri
Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük
Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya,
Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən
olan səyyahlar daxildir.

Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində
Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər
edəcəklər.

Source link