Braziliyanın birinci xanımı Marsela Temer itini xilas etmək üçün prezident iqamətgahının ərazisində olan gölə baş vurub.
ÇıxışYolu.Com BBC-yə istinadən xəbər verir ki, bu barədə Braziliya prezidentinin rəsmi nümayəndəsi açıqlama verib.
Temer bağçada oğlu Mişelzinyo ilə gəzən vaxt, Pikoli adlı itinin gölə yıxıldığını görüb.
İt müstəqil şəkildə sahilə çıxa bilmədiyindən, Temer mühafizəçidən ona kömək etməyi xahiş edib.
Sonuncu suya girməkdən imtina etdiyindən, Braziliyanın birinci xanımı özü gölə atılaraq sevimli ev heyvanını qurtarıb.
Birinci xanımın əmrindən çıxan mühafizəçinin vəzifədən kənarlaşdırıldığı bildirilir.