c080204e-b0d2-4976-ab00-f41f54ad3749.webp

Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi

Baxış sayı: 31 dəfə baxılıb.

Hollivud aktyoru Bred Pitt 29 yaşlı yeni sevgilisi İnes De Ramonla toyunu
təxirə salıb. Səbəb isə bir çoxlarını təəccübləndirib. Belə ki, onlar dünyaya
gələcək uşaq xatirinə bunu ediblər.

Cixisyolu.com bildirir ki, bu barədə “In Touch Weekly” cütlüyə yaxın olan bir mənbəyə
istinadla xəbər yayıb.

Bildirilir ki, Bred hazırda məhz bu məsələyə diqqət yetirir.

“Nə qədər tez olsa, o qədər yaxşıdır. Cütlüyün son romantik Avropa səyahəti
onlara baş-başa çox vaxt keçirmək və gələcək planlarını müzakirə etmək imkanı
verib. Onlar çox tezliklə xoş xəbərləri bölüşmək istəyirlər”, – deyə mənbə
əlavə edib.

O da bildirilir ki, 60 yaşlı aktyor əla formadadır və özünü enerji ilə dolu
hiss edir.

Qeyd edək ki, Bred Pitt və İnes De Ramonun valideyn olmaq istədikləri barədə
şayiələr çoxdan dolaşır. Ulduzların ətrafındakılar deyirlər ki, onlar uşaq
sahibi olmaq üçün surroqat ana xidmətləri də daxil olmaqla hər cür tədbiri
görməyə hazırdırlar.

Bred Pitt üçün atalıq yeni təcrübə deyil. Aktyorun Ancelina Coli ilə
evliliyindən altı uşağı var, onlardan üçü övladlığa götürülüb. İnes üçün isə
bu, ilk uşaq olacaq.

Source link