Hollivud aktrisası Ancelina Coli keçmiş həyat yoldaşı, aktyor Bred Pittə görə
yeni münasibət qura bilmir.
Cixisyolu.com bu barədə “In Touch Weekly”yə istinadən xəbər verir
“Ancelinanın hələ də tək olmasının səbəbi var və bu onunla görüşmək üçün
növbəyə düzülən kişilərin olmaması deyil. Səbəb onun onları özündən uzaq
tutmasıdır, çünki Bredlə olduğu kimi yenidən zədələnməkdən qorxur”, – mənbə
bildirib.
“Hollivud aktyoru ilə evliliyindən əvvəl Ancelina Coli cəsarətli idi və çox
asanlıqla aşiq olurdu. O özünü zəif göstərə bilmir və aydındır ki, Bredlə
yaşadıqlarından sonra kişilərə olan inamı məhv olub”, – deyə əlavə edilib.
Mənbə vurğulayıb ki, Ancelina Coli uzun müddət uşaqlarına görə ciddi
münasibətə girməyəcəyini demişdi. İndi aktrisanın uşaqları böyüyüblər, o, tək
olmaqdan xoşbəxt olduğunu iddia edir, amma heç kim ona inanmır.