Bred Pitt məhkəmə qarşısında cavab verəcək

Bred Pitt məhkəmə qarşısında cavab verəcək

Baxış sayı: 2. 375 dəfə baxılıb.

Bred Pitt məhkəmə qarşısında cavab verəcək

Məşhur Hollivud  ulduzu Bred Pitt yaxın vaxtda məhkəməyə çağrılacaq.

7days” xəbər verir ki, aktyor məhkəməyə yaratdığı “Make It Right” xeyriyyə şirkətinin işinə görə cavabdeh qismində çağırılıb.  

“Make It Right”a qarşı qaldırılan məhkəmə iddiasında şirkətin yararsız yaşayış evləri tikdiyi bildirilir.  

Arxitektura həvəskarı olan Pitt “Katrina” qasırğasından zərər çəkən Nyu Orlean sakinləri üçün təzə evlərin tikilməsi fikrinə gəlib. Aktyor cari işləri tanışı olan peşəkar memar Con Uilyamsa tapşırıb.

Lakin tikilib təhvil verilən evlərdə çoxsaylı defektlər üzə çıxıb: elektrik naqillərində, su borularında nasazlıqlar aşkar olunub, istifadə olunan tikinti materialları isə yararsız olub. Tikililərin konstruktiv çatışmamazlığı onlarda çatların əmələ gəlməsinə səbəb olub.

Pitt tikintidə baş verənlərdən xəbərsiz olduğunu bildirib və Con Uilyamsı məhkəməyə verib. Lakn bu onun üzərindən məsuliyyəti götürməyib.

Sakinlər bildirirlər ki, defektlər aşkar olunandan sonra “Make It Right” şirkətinin nümayəndələri məsələni ört-bastır etmək istəyiblər və bununla da insanlarn qəzəbinə tuş gəliblər.