Mayın 28-də dünya birjalarında neft ucuzlaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, səhər saatlarına Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,66 dollar və ya 2,45% azalaraq 66,22 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,29 dollar ya 1,69% azalaraq 75,15 dollar təşkil edib.
Ötən həftə ilə müqayisədə Brent markalı neft 2,6, WTI nefti isə 4,9 faiz ucuzlaşıb.
Neftin ucuzlaşmasına Venesuella və İranla bağlı yaranmış risklər səbəbindən iyun ayında OPEK-in istehsalın artırılmasına diar qərar verəcəyi yönündə bazar iştirakçılarının narahatçılıqları təsir edib.