7895282d-43ed-47f9-82a6-552e4b824cbe.webp

“Brent” markalı neftin qiyməti kəskin ucuzlaşdı

Baxış sayı: 194 dəfə baxılıb.

“Brent” markalı neftin 1 barelinin qiyməti 28 oktyabr tarixinə 73 dollardan
aşağı olub.

Bu barədə Cixisyolu.com “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qiymətdə müşahidə olunan 5%-dən çox ucuzlaşma İsrailin İrana
cavab zərbəsindən sonra baş verib.

Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə
silsilə hava zərbələri endirib. Bu hücum İsrailin oktyabrın 1-də İran
qüvvələrinin ölkəyə etdiyi hücuma cavabı olub.

Londonun ICE birjasında “Brent” markalı neftin dekabr füçerslərinin qiyməti
bir barel üçün 73 dollardan aşağı olub(25 oktyabr tarixinə keçirilən satışda bu
rəqəm təqribən 75 dollar təşkil edib), WTI markalı neftin qiyməti isə 68 dollar
olub.

Source link