Çempionlar Liqasındakı uğurlu startı “Brest”ə böyük qazanc gətirib.
Cixisyolu.com xəbər verir ki, Fransa klubu illik büdcəsinin 8.75 faizini əldə edib.
Liqa1 təmsilçisinin büdcəsi cəmi 48 milyon avrodur. “Brest” ilk iki turda
qələbə qazanmaqla 4.2 milyon avroya sahib çıxıb.
Bu, həm də klubun bütün futbolçularının yarımillik maaş fonduna bərabərdir.
“Brest”in oyunçularının aylıq maaşlarının cəmi 700 min avro təşkil edir.
Qeyd edək ki, “Brest” “Şturm”a 2:1, “Zalsburq”a 4:0 hesabı ilə qalib gəlib.