Rusiya Prezidenti Vladimir Putin BRICS çərçivəsində vahid rəqəmsal
infrastrukturun yaradılmasının zəruriliyini bəyan edib.
Cixisyolu.com-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə o, BRICS Biznes
Forumunda çıxışı zamanı danışıb.
Putinin sözlərinə görə, bu iş çərçivəsində BMT-nin sənaye inkişafı bazasında
BRICS Kompetensiya Mərkəzinin açılması planlaşdırılır.
“Biz rəqəmsal sahə üzərində işləyirik, birgə elektron ticarəti inkişaf
etdiririk, internet və süni intellekt texnologiyalarının tətbiqi, “böyük
məlumatlar”ın emalı ilə məşğul oluruq. Sənayenin rəqəmsallaşdırılması sahəsində
əməkdaşlığı dərinləşdirmək üçün BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO)
nəzdində BRICS Kompetensiya Mərkəzi açılacaq. Perspektivdə BRICS-in vahid
rəqəmsal infrastrukturunu yaratmaq lazım gələcək”, – deyə Rusiyanın dövlət
başçısı bildirib.
O qeyd edib ki, burada biometriyanın istifadəsi, informasiya təhlükəsizliyinin
təmin edilməsi üzrə biznesin, ictimaiyyətin, müvafiq hakimiyyət orqanlarının
razılaşdırılmış yanaşmalarını müəyyən etmək vacibdir.