0160fc05-3a64-415c-9423-2a4c889c77ba.jpg

BRICS sammitinin geniştərkibli iclası başlayıb

Baxış sayı: 204 dəfə baxılıb.

Rusiyanın Kazan şəhərində BRICS sammitinin geniştərkibli iclası keçirilir.

İclası Rusiya Prezidenti Vladimir Putin açıb və gündəliyin razılaşdırıldığını
bildirib.

Bu barədə Cixisyolu.com Vedomosti.ru-ya istinadən məlumat verir.

Rusiya lideri BRICS ölkələri nümayəndələrinin iqtisadi və humanitar məsələləri
müzakirə edəcəklərini bildirib.

“Dünya ticarəti və qlobal iqtisadiyyat əhəmiyyətli dəyişikliklərə məruz
qalır”, – deyə o vurğuayıb və əlavə edib ki, bu məsələdə çoxqütblü model
formalaşır.

Onun sözlərinə görə, bu, ilk növbədə Qlobal Cənub və Şərq, eləcə də BRICS
dövlətləri hesabına yeni artım dalğasını başladır, eyni zamanda, inkişaf etmiş
ölkələrdə borc yükünün artması hesabına böhran potensialı qorunur. BRICS
ölkələrinin iqtisadiyyatlarını şərh edən V.Putin qeyd edib ki, ümumilikdə onlar
hökumətlərin məsuliyyətli makroiqtisadi və kredit-maliyyə siyasəti sayəsində
kifayət qədər dayanıqlılıq nümayiş etdirirlər.

Putin birlik dövlətlərinin əksəriyyətində ortamüddətli perspektivdə sürətli
inkişaf templəri gözlənildiyini bildirib.

“2024-25-ci illərdə BRICS iqtisadiyyatlarının orta artımı, ilkin
qiymətləndirmələrə görə, dünya ÜDM-nin 3,2%-3,3% artması fonunda 3,8% təşkil
edəcək”, – deyə o bildirib.

Rusiya liderinin sözlərinə görə, alıcılıq qabiliyyəti pariteti üzrə BRICS
ölkələrinin payı 2024-cü ilin yekunlarına görə 36,7% təşkil edəcək ki, bu da
“Yeddilik qrupu” (G7) ölkələrinin payını inamla üstələyir.

V.Putinin fikrincə, BRICS-in mövqeləri əhalinin artımı, kapital yığımı,
urbanizasiya və əmək məhsuldarlığının artması hesabına möhkəmlənəcək.
İqtisadiyyatların potensialını reallaşdırmaq üçün ölkələr bir sıra sahələrdə,
xüsusən də texnologiya, təhsil, resursların mənimsənilməsi, logistika və
maliyyə sahələrində, əməkdaşlığı gücləndirməli, həmçinin kapital qoyuluşlarının
həcmini dəfələrlə artırmalıdırlar.

“Bu baxımdan, milli iqtisadiyyatlarımızın dəstəklənməsi üçün güclü alət
olacaq, həm də Qlobal Cənub və Şərq ölkələrini maliyyə resursları ilə təmin
edəcək yeni BRICS investisiya platformasının yaradılmasını təklif edirik”, –
deyə Putin bildirib.

Xatırladaq ki, oktyabrın 22-də Kazanda XVI BRICS sammiti başlayıb. O, iki
hissədən ibarətdir. Birincisi, təşkilata üzv ölkələrin “Ədalətli qlobal inkişaf
və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” mövzusuna həsr olunmuş
iclasıdır ki, bu da 2024-cü ildə BRICS-ə Rusiyanın sədrliyi dövründə şüarıdır.
İkinci hissə “BRICS plus/outreach” formatında iclasdır və mövzusu “BRICS və
Qlobal Cənub – daha yaxşı dünyanın birgə qurulması” olacaq.

BRICS sammitinin geniştərkibli iclası başlayıb
BRICS sammitinin geniştərkibli iclası başlayıb

Source link