0bee2f1d-3950-49d1-8e28-50cda4d58911..jpg

Brilliant Dadaşova: “Ürək sözlərimi deyəcəyəm, bəyənmirlərsə, öz problemləridir”

Baxış sayı: 545 dəfə baxılıb.

Brilliant Dadaşova: “Ürək sözlərimi deyəcəyəm, bəyənmirlərsə, öz
problemləridir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gənclərimiz maariflənməlidirlər. Çox təəssüf ki, bizdə bir az savadsızlaşma
inkişaf etməyə başlayır. Biz elə azad ölkədə yaşayırıq ki, qızlarımız,
oğlanlarımız savadlanmalı, kitablar oxumalıdırlar”.

Bu sözləri “Sözbaz”a açıqlamasında Xalq artisti Brilliant Dadaşova deyib.

Sənətçi sosial şəbəkələrdə yazdığı rəylərdən söz açıb:

“Hər sahədə dünya standartlarına uyğunlaşırıq. İstəyirəm ki, savadlanmada da
belə olaq. Ona görə də şərhlər yazıram. Bəzən yaxşı qarşılanır, bəzən yox. Amma
mənim üçün fərqi yoxdur, necə qarşılanır. Ürək sözlərimi deyəcəyəm. İstəyən
bəyənər, istəyən yox. Özlərinin problemidir. Gənclərin anası, yaşlıların bacısı
kimi çalışıram ki, yanlarında olum. Mən öz millətimi çox sevirəm. Bu məsəl də
ancaq bizdədir ki, ətimizi yesək də, sümüyümüzü atmarıq. Doğrudan da belədir.
Kaş ətimizi yeməsək. Yaxşı olardı. Yeniliklər olsa, eşidəcəksiniz. Allah qoysa
konsert də edərik”.

Source link